Türk Destanlarının Struktur Tipologiyası Rövşen Alizade

Türk Destanlarının Struktur Tipologiyası


Basım Tarihi
2017-09
Sayfa Sayısı
114
Kapak Türü
Karton
Basım Yeri
İstanbul
Stok Kodu
9786056743894
Baskı
1



 

Rövşen ELİZADE

Türk dastanlarının struktur tipologiyasının tədqiqi son dərəcə nəhəng problemdir. Ona görə ki, söhbət mətn fondu, tarixi inkişaf mərhələləri, milli yaradıcılıq sahələ­ri baxımından son dərəcə nəhəng və eyni dərəcədə zəngin materialdan gedir. Hətta bu materialı onun ən xarakterik nümunələri səviyyəsində oxumaq belə böyük zaman istə­yir. Ancaq onu da nəzərə alsaq ki, türk dastançılıq ənənəsi ilə bağlı çoxlu tədqiqatlar aparılıb, bu halda problemin həl­li sahmanlı görünə bilir.

Qeyd edək ki, “türk dastanlarının struktur tipologiya­sı” konseptinin özü də tədqiqatçının bu məna semanteminin sərhədləri daxilinə nələri daxil edə biləcəyindən də birbaşa asılıdır. Biz bu araşdırmamızda türk dastanlarının struktur tipologiyasını təsnifat, mətn strukturu, motiv və obrazlar sistemi istiqamətlərində əhatə etməyi düşünürük. Buraya “dastan” konseptinin öncə milli epos sisteminin struktur vahidi kimi tədqiqi, daha sonra bu konseptə tarixi-mədəni inkişaf kontekstində baxış, türk dastanlarının təsnifatı, türk dastançılıq ənənəsində “söyləyici-mətn-dinləyici” təhkiyə modelinin tipoloji strukturu, “söyləyici-dinləyici” kom­munikativ modelinin tipoloji strukturu, türk dastanlarının mətn strukturuna “nəzm” və “nəsr” formulları baxımından yanaşma, türk dastan mövzularının motivlərə görə müəyyənləşdirilməsi, “ənənəvi qəhrəman qəlibi”nin “Şah İsma­yıl” dastanına tətbiqi, türk dastanlarında qadın qəhrəman obrazlarının struktur tipologiyası, qəhrəmanın köməkçisi obrazları və nəhayət, Tanrı oğlu obrazının semantik tipo­logiyasının tədqiqi kimi məsələlər aiddir.

Əlbəttə, bütün bu məsələlərin hər birinin ayrılıqda qoyuluşu belə nəhəng problemdir. Ancaq biz burada bu məsələləri onun ən səciyyəvi tipləri səviyyəsində ümu­miləşdirməyi nəzərdə tuturuq.

 

MÜNDƏRİCAT
GİRİŞ
I FƏSİL TÜRK EPOS YARADICILIĞININ DASTAN DÖVRÜ
1.1. “Dastan” konsepti milli epos sisteminin struktur vahidi kimi
1.2. “Dastan” konseptinə tarixi-mədəni inkişaf kontekstində baxış
1.3. Türk dastanlarının təsnifatina dair

II FƏSİL
TÜRK DASTANLARININ MƏTN STRUKTURU
2.1. Türk dastançılıq ənənəsində “söyləyici-mətn-dinləyici” təhkiyə modelinin tipoloji strukturu
2.2. Türk dastançılıq ənənəsində “söyləyici-dinləyici” kommunikativ modelinin tipoloji strukturu
2.3. Türk dastanlarının mətn strukturu: nəzm və nəsr

III FƏSİL
TÜRK DASTANLARININ ƏSAS MOTİVLƏR SİSTEMİ
3.1. Türk dastan mövzularının motivlərə görə müəyyənləşdirilməsi
3.2. “Ənənəvi qəhrəman qəlibi”nin “Şah İsmayıl” dastanına tətbiqi

IV FƏSİL
TÜRK DASTANLARININ OBRAZLAR SİSTEMİNİN TİPOLOGİYASI
4.1. Qadın qəhrəman obrazlarının struktur tipologiyası
4.2. Qəhrəmanın köməkçisi obrazları
4.3. Tanrı oğlu obrazının semantik tipologiyası
NƏTİCƏ
QAYNAQLAR

Yorum yaz
Bu kitaba henüz yorum yapılmamış.
Kapat